• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Naxçıvanla sərhəddə öz taxıl sahələrini yandırdılar - VİDEO

Ermənilər Naxçıvanla sərhəddə öz taxıl sahələrini yandırdılar - VİDEO
02.07.2018 14:18
Ötən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Naxçıvan istiqamətində baş verənlərlə bağlı bir aya yaxındır üzləşdikləri əlverişsiz vəziyyətdən çıxmaq üçün yeni informasiya həmləsi edib. Ovanisyan özünün Facebook səhifəsində bildirib ki, Azərbaycan ordusunun bölmələri dövlət sərhədinin Naxçıvan istiqamətindəki yeni mövqelərində mühəndis işləri görməyə cəhd edib. Amma Ermənistan silahlı qüvvələri atəş açıb və bu işlərin qarşısını alıb, Azərbaycan ordusunun postu dağıdılıb və yanıb. Bu zaman Ermənistan ordusunun bir hərbçisi "yüngül yaralanıb”.

Unikal.org xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti ötən gün virtualaz.org-un sorğusuna cavab olaraq Naxçıvan istiqamətində atışmanın baş verdiyini təkzib edib. Habelə bildirib ki, erməni hərbi qulluqçusunun yaralanmasına Azərbaycan tərəfinin aidiyyatı yoxdur.

Bu gün səhər isə Ovanisyan dünənki məlumatını gücləndirmək üçün öz səhifəsində "Naxçıvan istiqamətində Azərbaycan ordusunun postunun yandığı” barədə videokadrlar yerləşdirib. Kadrlara əsasən dağlıq ərazidə geniş sahəni alov bürüyüb və açıq-aşkar görünür ki, yanan hərbi post deyil, hansısa otlaq və ya əkin sahəsidir.

Naxçıvan Televiziyasının yaydığı kadrlardan isə bəlli olur ki, Ermənistan silahlı qüvvələri dünən və bu gün səhər həqiqətən Azərbaycan ordusunun erməni nəzarəti altından çıxarılmış Günnüt kəndi istiqamətindəki postlarının yerləşdiyi sahələrdə yanğınlar törədib. Lakin alışdırıcı güllələrin köməyi ilə başladılan yanğın küləyin istiqamətini dəyişməsi nəticəsində Ermənistan ərazisinə keçib. Və Vaytsdozor əyalətinin Areni kəndinin ətrafında ermənilərə məxsus dəmyə taxıl sahələrində güclü yanğına səbəb olub. Habelə Ermənistan ordusunun postlarının yerləşdiyi əraziləri də yanğın bürüyüb.

"Azərbaycan əsgəri düşmənin təxribatlarına cavab olaraq nəzarətindəki ermənilərə məxsus buğda sahələrini yandırmaq imkanına malik olsa da bunu etmir. Çünki, qarşı tərəfdən fərqli olaraq bizim əsgərimiz baxmayaraq ki, o nemətlə düşmən qidalanacaq çörəyə hörmət əlaməti kimi taxıl zəmilərini və digər təsərrüfat sahələrini yandırmır. Düşmən isə əksinə olaraq təxribatlarından əl çəkmir və törətdiyi təxribatlar erməni əhalisinə ziyan vurur. Kadrlardan da gördüyünüz kimi bizim əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüb. Lakin külək şimal istiqamətə əsdiyindən erməni hərbçilərinin törətdikləri təxribat xarakterli yanğınlar sadə erməni kəndlilərinin taxıl sahələrinə və öz postlarına od salıb. Azərbaycan tərəfi erməni tərəfindən fərqli olaraq, daha doğrusu düşmən kriminal rejiminin və hərbi dairələrinin öz sadə əhalisinə etmədiyi yaxşılığı və insanpərvərliyi edərək hümanist addım atıb və yanğının söndürülməsi üçün şərait yaradıb. Kadrlardan da aydın şəkildə görünür ki, Əlahiddə Ümumqoşun Ordunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir və sadə erməni əhalisinin təsərrüfatlarına heç bir ziyan yetirmir. Törədilən təxribatların səbəbkarı erməni kriminal hərbi-siyasi rejimidir»-Naxçıvan Televiziyası bildirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol