• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəmlə Şahbaz ailə üzvlərilə görüşə bilərmi?

Dilqəmlə Şahbaz ailə üzvlərilə görüşə bilərmi?
30.08.2018 16:31
Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal altındakı ermənilər tərəfindən girov götürülməsi 5-ci ilinə qədəm qoyub. Hələ ki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan tərəfindən qanunsuz saxlanılan azərbaycanlılara nə vaxt baş çəkəcəyi haqda xəbələri gözləməklə məşğuluq. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri, yaxınları yalnız "yaxşıyam, özünüzdən muğayat olun, hamıya salam deyin" tipli şablon məktublarla ovunurlar.

Bu müddət ərzində girov ailələri yalnız bir neçə dəfə Dilqəm və Şahbazın görüntülərini əks etdirən videolar izləyə biliblər. Bəs onların ailə üzvlərinlə görüşdürülməsi mümkündürmü? Beynəlxalq hüquq buna imkan verirmi?

BiG.AZ xəbər verir ki, modern.az-ın məsələ ilə bağlı sualını hüquqşünas Erkin Qədirli cavablandırıb.

Hüquqşünas bildirib ki, indiki məqamda bu mümkün deyil:

"Bizim torpaqlarımız işğal olunub. Bütün dünya buna susur. İki nəfər şəxsin taleyi isə onlar üçün tamamilə maraqsızdır. Yəni torpaqlarımızın işğalına görə səs çıxaran yoxdursa, iki nəfərə görə, ümumiyyətlə, danışmazlar. Aydındır ki, Dilqəm və Şahbaz məsələsi miqyasına görə bizim problemimizdir, onu biz həll etməliyik".

Onlarla görüşə gəldikdə, E.Qədirli deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi öz mandatına uyğun olaraq bunu reallaşdıra bilər:

"Başçəkmə onlar tərəfindən olmalıdır. Onlar hansı işləri görür, özləri cavab verməlidir. Amma ailə üzvləri ora necə gedə bilər? Ora ordumuz getməlidir. Ordu ora gedib yerləşməyincə, ailə üzvləri gedə bilməz. Ailə üzvləri getsə, onlar da girov qalar. Bu, həbsxana deyil ki, ayda iki dəfə görüş günü təyin edələr. Bu, müharibədir, bunun miqyası çox böyükdür. Öncə ərazilərimiz işğaldan azad olunmalıdır ki, girovlar da azad edilsinlər. Başqa cür mümkün deyil".

Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol