• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin Paşinyana Qarabağ mesajı: Ordumuzun II paradı...

Putinin Paşinyana Qarabağ mesajı: Ordumuzun II paradı...
01.10.2018 16:15
Azərbaycan və Ermənistan rəhbərləri arasında konkret məsələlər ətrafında danışıqlar aparılıb və sonda daimi əlaqə yaratmaq barədə razılıq əldə olunub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında hərbi insidentlərin baş verməsini önləmək məqsədilə qaynar xəttin yaradılması çox vacib bir qərardır:

"Əks təqdirdə genişmiqyaslı əməliyyatlar regionda hərbi-siyasi vəziyyəti dəyişdirə bilərdi. Rusiya və Minsk Qrupunun digər həmsədrləri də bundan narahat idi. Bundan başqa, Paşinyanın Dağlıq Qarabağa dair son bəyanatları da açıq müharibə şəraitinin yaradılmasına gətirib çıxarırdı. Hesab edirəm ki, Rusiya və həmsədrlər Paşinyana təzyiq göstərməklə böyük bir qarşıdurmanın qarşısını aldılar. Görünür, Moskva Paşinyana bu istiqamətdə davam edəcəyi təqdirdə məsuliyyətin Ermənistanın üzərinə düşəcəyini başa salıb. Məhz bu faktor da Ermənistanı öz mövqeyindən geri çəkilməyə vadar edib”.

Politoloq bildirib ki, qəbul olunan qərarlar danışıqlar prosesinin daha konstruktiv istiqamətdə inkişaf etməsinə şərait yaradacaq:

"Çünki bundan öncə Putinin Ermənistana səfəri gündəmdə idi, ancaq alınmadı. Əslində, bu, Rusiyanın yaranmış vəziyyətdən narahatlıq keçirdiyinə dair Ermənistana bir ismarışı idi. Üstəlik, Azərbaycanın hərbi qüdrətini bu il ikinci dəfə - 15 sentyabrda nümayiş etdirməsi İrəvana ciddi mesaj oldu. Ermənistan da riskləri nəzərə alaraq, geri çəkilməyə qərar verdi”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol