• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür - Bakıdan sərt reaksiya

Ermənistan Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür - Bakıdan sərt reaksiya
17.11.2018 12:26
"Ermənistan Suriyadakı humanitar vəziyyətdən istifadə edərək öz məqsədləri naminə Suriya ermənilərini işğal edilmiş ərazilərə köçürür və orada demoqrafik vəziyyəti dəyişdirməyə çalışır".

Anews.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.
"Bu, Ermənistanın anneksiya və işğal siyasətini bir daha nümayiş etdirir. Bu baxımdan, beynəlxalq ictimaiyyət xüsusilə diqqətli olmalıdır", - o qeyd edib.

H.Hacıyev həmçinin vurğulayıb ki, Ermənistan ekoloji normalara baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin təbii sərvətlərini talan edir və buna dair bir sıra faktlar var: "Metallurgiya və əlvan metallar Ermənistanın ixracının əsas komponentlərindən biridir və burada Azərbaycanın işğal olunmuş ərazilərdən hasil olunmuş sərvətlər də var".

H.Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələlərə diqqətini cəlb etməyin vacibliyini vurğulayıb: "Vasitəçilərin atəşkəsə dair çağırışlarından əlavə, işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin dayandırılmasına çağırış etmələri də vacibdir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol