• $
  • €
  • ₽
  • ₺
  • £

Gözlənilən gün gəlib çatdı - Ordu 550 km sərhəd xəttində düşməni darmadağın etməyə gedir

Gözlənilən gün gəlib çatdı - Ordu 550 km sərhəd xəttində düşməni darmadağın etməyə gedir
14.12.2018 11:06
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın şimalında 550 kilometrlik sərhəd xəttini işğal edən PKK terror təşkilatına qarşı hərəkat üçün dəqiqələri saymağa başlayıb.

Publika.az xəbər verir ki, hərəkatda prioritet məsələ Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb şəhərlərinin işğaldan azad edilməsi olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri qəfil vuruşlarla yox ediləcək.

Suriya Milli Ordusu (SMO) Türkiyənin Fəratın şərqində aparacağı əməliyyat üçün 15 min əsgərini dəstək verməyə hazır olduğunu açıqlayıb. Azad Suriya Ordusunun da tərkibində olduğu SMO Türkiyədən gələn əməliyyatın başlanması siqnalını gözləyir.

Daha öncə "Fərat qalxanı” və "Zeytun budağı” hərəkatları ilə terror mərkəzinə çevrilən bölgələri işğaldan azad edən TSQ və ASO-nun 3-cü birgə əməliyyatı Suriya vətəndaş müharibəsi və İŞİD aparatından istifadə edərək PKK-ya yer açan ABŞ və dəstəkçilərinə 550 kilometrlik sərhəd xəttində ən böyük zərbə olacaq. Fəratın şərqində keçiriləcək əməliyyatların dəqiqləşməsi PKK/PYD cəbhəsində təşviş yaradıb. Prezident Rəcəb Tayyib Ərdoğanın "əməliyyat başlayır” siqnalından sonra hərəkətə keçən PKK dəstəkçiləri Deyr-əz-Zor, Rakka, Əyn İsa və Təl-Abyadda toplantılar təşkil edib. Toplantılarda Türkiyədən öncə hücuma keçmək barədə müzakirələr aparılıb. Bölgə xalqını təzyiqi altında saxlayan terrorçular xalqın Azad Suriya Ordusunda olan gənclərini geri çəkməsini tələb edir.

Terrorçular işğal bğlgələrində görüşdükləri dini liderlərə onlarla birlikdə Türkiyəyə qarşı savaşmalarını istəyir. Savaşmayanlar bölgədən qovulacaq. ABŞ-ın onlara müstəqil şimal federasiyası qurmaq üçün söz verdiyini bildirən PKK Türkiyəyə qarşı müharibədə onlara dəstək çıxanları gələcəkdə nazirlik, məmurluq, bələdiyyə sədrliyi kimi postlara təyin edəcək. Bununla yanaşı, iqtisadi sahələrdə də imtiyaz sahibi olacaqlar. Türkiyə bu həmləyə cavabsız qalmayıb. Bölgə xalqı ilə görüşlər keçirən türklər 80% xalqın dəstəyini alacaq. Ankaraya digər dəstək isə Suriya türkman və ərəb tayfa birliyindən gəlib. Hərəkatı sevinclə qarşılayan birlik Türkiyənin onları xilas edəcəyinə ümid bəslədiklərini deyib.

Hərəkat çərçivəsində ilk həmlə Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb bölgələrinin xilası olacaq. Bu çərçivədə Afrindən başlayaraq Sacirə uzanan 60 kilometrlik xətt və Münbiç-Sacir cəbhəsi hədəf olacaq. 550 kilometrlik sərhəd xətti boyunca terrorçular kəskin atəş altında saxlanılacaq. TSQ "hazır olun” əmrini verdiyi anda 14 min ASO əsgəri təyin olunan mövqelərə hərəkət edəcək. Afrin, Kəştəyar, Tinnəb, Münbiç və Əyn əl-Ərəbdə bir çox PKK ərazisi gün içində atəş altında saxlanılıb. Sərhəd xəttindəki beton blokların qaldırılması quru əməliyyatları üçün gedən tank, zirehli maşınlar və hərbi heyətin keçidini asanlaşdırıb.

Mnübiç və Fərartın şərqinə hərəkat hazırlıqları davam edərkən dünən axşam terror yuvalarına havadan bombalar yağdırılıb. İraqın şimalında terrorçular tərəfindən baza kimi qurulan Sincar və Qaracaq dağı bölgələri F-16 qırıcıları ilə vurulub. Hava əməliyyatında terrorçulara aid düşərgə, sığınacaq, mağara, tunel və depolar yerlə-bir edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol