• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlarımızı evində qul kimi işlədən erməni general Azərbaycana qaçır

Vətəndaşlarımızı evində qul kimi işlədən erməni general Azərbaycana qaçır
25.12.2018 12:42
Erməni general Manvel Qriqoryan faktiki olaraq azad hərəkət hüququndan məhrum edilib.

Publiak.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda onun vəkili Levon Baqdasaryan mətbuat kobfransında deyib. Vəkil həmçinin, müdafiə etdiyi şəxsin Ermənistanı tərk edib Qarabağa gedəcəyi barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasını absurd adlandırıb. "Bildirirlər ki, Manvel Qriqoryan azadlıqda qalarsa, Ermənistanı tərk edəcək. Rəsmən bəyan edirlər ki, həbs qətimkan tədbirini dəyişə bilmərik. Səbəb kimi onun Qarabağa gedəcəyini deyirlər”, - vəkil deyib. Qeyd edək ki, Manvel Qriqoryan səhhətində yaranan problemlərlə əlaqədar həbsdən azad edilərək Armavir vilayətinin Aknaliç kəndinə gətirilib. Orada onun bağ evi var. Eçmiadzini sakinləri onu yenidən həbsin altına qaytarmağı tələb edərək küçələrə çıxıblar. Polis məhkəməsiz cəzalandırmadan ehtiyat edərək Qriqoryanı evinin ətrafında gecə-gündüz növbə çəkir. Baqdasaryan isə hesab edir ki, etiraz aksiyalarını polis özü istiqamətləndirir. "Mümkün qədər daha çox insan toplaşsın deyə polis özü təşkilatçıları dəvət edib və aksiya keçirməyi məsləhət görüb”, - Baqdasaryan deyib.

İrəvan məhkəməsi dekabrın 21-də 25 milyon dram ( 51,5 min dollar) girov qarşılığında Qriqoryanın azad olunması haqqında qərar qəbul edib. Qriqoryan silahın qanunsuz saxlanılmasında və hərbçilər üçün olan ərzağın mənimsənməsində ittiham edilərək iyunda deputat toxunulmazlığından məhrum edilməklə həbs olunmuşdu. Ermənistanın baş prokurorluğu Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımın əsas iştirakçısı olmuş Manvel Qriqoryanın azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayət verib. Baş prokurorluğun nümayəndəsi Arevik Xaçatryan deyib ki, məhkəmənin Qriqoryanla bağlı qərarı əsassızdır. Qeyd edək ki, Manvel Qriqoryan azərbaycanlı əsirləri evində qul kimi işlətməsi ilə də məşhurdur

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol