• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Rusiyadan şok tələbi: Naxçıvana…

Ermənistanın Rusiyadan şok tələbi: Naxçıvana…
28.12.2018 16:09
Ermənistanda Rusiya səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları daimi xarakteri daşıyacaq və ola bilər ki, Gümrüdəki 102-ci Rusiya bazasının çıxarılmasının təşəbbüskarları yaxın vaxtlarda aksiya keçirəcəklər.

Anews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan deyib. O qeyd edib ki, onlar yanvarın 12-də Gümrüyə yola düşmək niyyətindədir. "Bu xanım Cülyetta Kazaryanın qətlinin 40-cı günü olacaq və belə alındı ki, həmin gün Avetisyan ailəsinin üzvlərinin qətlinin altıncı ildönümüdür”, - Xzmalyan bildirib. Xzmalyan vurğulayıb ki, onların tələbləri konkretdir: "Rusiyadan iki tələbimiz var. Birincini noyabrın 29-da təqdim etdik və bunu etməyə davam edəcəyik. 1921-ci il Rusiya-Türkiyə müqaviləsinin ləğvi bizim siyasi prinsiplərimizdən biridir. İkincisi isə, Rusiya qoşunlarının Ermənistandan çıxarılmasıdır”. Qeyd edək ki, bu, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsi ilə bağlı ilk tələb deyil. Hələ 2016-cı ilin əvvəlində Rusiya Kommunist Partiyasından olan deputatlar Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova bu barədə müraciət etmişdilər. Bu müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edir. Moskva müqaviləsinin ləğvi Qars müqaviləsinin də ləğvi deməkdir. Buna çalışan ermənilər Naxçıvana iddia etmək üçün özləri üçün əsas yaratmaq istəyir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol