• $
  • €
  • ₽
  • ₺
  • £

5 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün sirləri ortaya çıxardı

5 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün sirləri ortaya çıxardı
08.01.2019 09:26
ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən danışdı.
 
Qobl iddia edir ki, Rusiya Bakı və İrəvana təsirini itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Onun sözlərinə görə, Kreml Ermənistandakı Nikol Paşinyan hakimiyyətini sevmir, lakin onun Qərbin qucağına oturmasına da əsas vermək istəmir. "Bu baxımdan, diplomatik prosesin yenidən dalana dirənəcəyi görünür”, - deyə o vurğulayıb. Politoloq əlavə edib ki, Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq. Onun sözlərinə görə, ABŞ problemin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin irəliləyişə nail olmaq üçün əlində kifayət qədər resursu yoxdur. Pol Qobl hesab edir ki, 2019-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlər gözləmir. "Mümkündür ki, yeni toqquşmalar olsun və bunda Moskva maraqlı olacaq. Çünki bununla o tərəflərə problemi ondan başqa heç kimin həll edə bilməyəcəyini yenidən xatırlada bilər”, - deyə o bildirib. Vaşinqton İnstitutunun professorunun fikirlərini şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, Pol Qoblun fikirlərində həqiqət payı var.
 
Müsahibimiz qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşsa da, onun təklif edəcəyi həll variantları hələlik gözə dəymir. "Söhbətlər hələ ki 5 rayonun geri qaytarılması, əvəzində Dağlıq Qarabağa hansısa statusun verilməsi ətrafında fırlanır. Bu nöqteyi nəzərdən, 2019-cu ildə Dağlıq Qarabağla bağlı pozitiv dəyişikliklərin olacağını ehtimal etsək də, Rusiyanın bu məsələdə hansısa konstruktiv rol oynayacağına bel bağlamaq demək olar ki, çətindir. Pol Qobl da indiyə kimi Rusiyanın oynadığı rolu nəzərə alaraq, elə bir qənaətə gəlib”, - Qabil Hüseynli qeyd edib. Amerikalı politoloqun "Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq” fikrinə gəlincə, Qabil Hüseynli qeyd edib ki, burada da müəyyən qədər həqiqət payı var:
 
"Bu səbəbdən ki, Azərbaycan müstəqil siyasət yürütməyin tərəfdarıdır. Azərbaycan Rusiya ilə tam yaxınlaşmamaq, yəni ölkə suverenliyinin əsas parametrlərini qoruyub saxlamaq istəyir. Bu nöqteyi-nəzərdən, Pol Qoblun özü də şahidi olub ki, Azərbaycan müstəqilliyini heç nəyə dəyişmək istəməz”. Dağlıq Qarabağ probleminin həlli üçün ABŞ-ın malik olduğu resurslara gəlincə, politoloq bildirib ki, Vaşinqton Rusiya qədər resurslara malik olmasa da, onları azaldıb-artıra bilər. "Amerikanın bölgə xalqları üçün təklifləri daha cəlbedici, daha cazibədardır. ABŞ ixrac etdiyi dəyərlər baxımından daha üstün mövqeyə sahibdir. Amma bununla yanaşı, Amerika bölgəyə yaxınlaşmaqda çox ehtiyatlı mövqe nümayiş etdirir və xüsusilə prezident Donald Tramp zehniyyətinə söykənərək Rusiyanın yaxın sərhədlərində risklərə getmək istəmir”, - Qabil Hüseynli






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol