• $
  • €
  • ₽
  • ₺
  • £

Vaxt Nikolu uçuruma aparır - Ermənilər çörək tələb edir

Vaxt Nikolu uçuruma aparır - Ermənilər çörək tələb edir
15.01.2019 15:35
Vaxt Nikol Paşinyanın əleyhinə işləyir və bundan sonra o, vədlərin yerinə yetirilməsi vaxtının çatdığı faktı ilə üz-üzə qalacaq.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarqis Artsruni yazıb.

Son səkkiz ayda Paşinyanın iki dəfə baş nazir təyin edildiyini xatırladan erməni şərhçi qeyd edir ki, birinci təyinatla ikincinin arasında əhəmiyyətli fərq var: "Paşinyan ilk dəfə baş nazir olanda kriminal oliqarxiyanın öhdəsindən gəlməli, köhnə sistemi dağıtmalı, digər tərəfdən əvvəlki parlamenti dəyişdirməli idi. Baş nazirliyinin birinci dövründə vaxt Nikol Paşinyanın lehinə işləyirdi, çünki inqilab və köhnə sistem arasında qarşıdurma dövrü idi, xüsusilə "ağlar” və "qaralar” bölgüsü cəmiyyətin ona dəstəyini təmin edirdi. İnqilabın nəticələrinin təsis edilməsi mərhələsində cəmiyyət hökumətin qarşısına iqtisadi inkişaf, yaxud islahatlar qoymurdu. Cəmiyyət üçün korrupsiyanın və iyirmi illik hakimiyyət-kriminal oliqarxiyanın qanlı cinayətlərinin ifşası əsas meyar idi. Başqa sözlə, son 8 ayda cəmiyyətin dəstəyini almaq üçün kifayət qədər əsas var idi. Təsadüfi deyil ki, İrəvan Ağsaqqallar Şurası və parlament seçkilərində "ağlar” və "qaralar” seçimi Nikol Paşinyanın "Mənim addımım” blokunun qələbələrini təmin etdi”.

Erməni şərhçi qeyd edir ki, 9 dekabrda parlament seçkiləri siyasi səhnədə dönüş nöqtəsi oldu.

"Çünki köhnə sistem ləğv edilmişdi və bundan sonra vaxt Paşinyan və onun hökumətinə qarşı işləyir. Artıq "qaralar” siyasi amil deyillər və onlara qarşı mübarizə "inqilab komandasına” dividendlər gətirməyəcək. Bundan sonra cəmiyyəti səs-küylü həbslər, yaxud ifşalarla birləşdirmək mümkün olmayacaq. Bundan sonra cəmiyyətin çörəklə təminatı mərhələsi başlayır. Cəmiyyət hökumətdən konkret nəticələr gözəyir, həyat səviyyəsinin yüksəlməsini, iqtisadi inkişafı istəyir. Lakin buna nail olmaq mümkün olacaqmı?!”, - deyə erməni şərhçi qeyd edib.

S.Artsruni Paşinyanın indiyə qədər kadr siyasəti yürüdə bilmədiyini və bunun yeni hakimiyyət üçün "axilles dabanı” olduğunu diqqətə çatdırıb: "Ötən müddət ərzində Paşinyan effektiv sistem yarada bilmədi, ümumiyyətlə, hakimiyyətin gələcək planları aydın deyil. Parlament seçkiləri hakimiyyətə qanunauyğunluğu bəxş etdi, lakin siyasi keyfiyyət yoxdur. Dünəndən etibarən vaxt Paşinyanın əleyhinə işləyir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol