• $
  • €
  • ₽
  • ₺
  • £

26 yanvar mitinqinə niyə icazə verilmədi? - YAP-çı deputatdan açıqlama

26 yanvar mitinqinə niyə icazə verilmədi? - YAP-çı deputatdan açıqlama
25.01.2019 15:33
"2 min 800 nəfəri zorla toplayan bir qüvvənin nəyindən ehtiyatlanmalıyıq?”

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Şuranın yanvarın 26-na təyin etdiyi mitinqə icazə verilməməsini hakimiyyətin siyasi fəallığın artmasından narahatlığı ilə əlaqələndirilməsinə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, 26 yanvar mitimqinə icazə verilməməsi əsaslandırılmış səbəblərlə bağlıdır:
"Bu, çox əcaib bir izahatdır. Çünki Azərbaycan hakimiyyətinin milyonlarla tərəfdarı var, seçkilərdə səslərin mütləq əksəriyyətini qazanır. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti hakimiyyətin apardığı daxili və xarici siyasəti tam dəstəkləyir. 2 min 800 nəfəri zorla toplayan bir qüvvənin nəyindən ehtiyatlanmalıyıq?

İzah edildi ki, 19 yanvar mitinqindən sonra aksiya iştirakçılarının bir qismi kütləvi iğtişaşlara cəhd edib. Yəni mitinq keçirən siyasətçilər öz tərəfdarlarının hərəkətlərinə nəzarət etməlidirlər, buna cavab verməlidirlər.

Hər mitinqdən sonra iştirakçılar şəhərin küçələrinə çıxıb iğtişaş yaratmağa çalışacaqlarsa, şübhəsiz ki, dövlət qabaqlayıcı tədbirlər görməlidir. Bu gün öz tərəfdarlarına belə təsir edə bilməyən bir siyasi qüvvənin ambisiyalarla çıxış etməsi çox qəribə görünür”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol