• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən mühüm addım: yüz minlərlə vətəndaşın problemi həll edildi

İlham Əliyevdən mühüm addım: yüz minlərlə vətəndaşın problemi həll edildi
25.02.2019 16:49
"Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Əsasən, xarici valyuta ilə olan problemli kreditlərin həll edilməsi məsələsi gündəmdədirsə, qeyri-rəsmi məlumatlara görə, burada 300 min nəfərə yaxın vətəndaşın problemlərinə aydınlıq gətiriləcəyindən söhbət gedir”.

Bu fikirləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib.


Ekspert bildirdi ki, iqtisadi və sosial inkişaf mərkəzinin keçirdiyi sorğunun nəticələri də göstərdi ki, problemli kreditlər Azərbaycan vətəndaşları üçün həlli vacib məsələlərdən biridir:

"Bu məqamda ölkə başçısı tərəfindən bu problemin həll olunmasına dair tapşırığın verilməsi təqdirəlayiqdir. Nəticə etibarilə, tapşırıqlar bu gün vətəndaşlarımızı narahat edən məsələlərdən birinin həlli istiqamətində addlımların atılmasından xəbər verir. Rəsmi statistikaya görə, banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Təbii ki, burada bir nəfərin bir neçə dəfə kredit götürməsi ehtimalı da nəzərə alınır. Amma problemli kreditlərin əhatə etdiyi insanların sayı ilə bağlı rəsmi açıqlama yoxdur. Problemli kreditlərin həcmi isə 1 milyard 585 milyon manatdır. Əsasən, xarici valyuta ilə olan problemli kreditlərin həll edilməsi məsələsindən söhbət gedirsə, qeyri-rəsmi məlumatlara görə, burada 300 min nəfərə yaxın vətəndaşın problemlərinə aydınlıq gətiriləcəyindən söhbət gedir”.

İqtisadçı ekspert bildirdi ki, bu problemlər üçtərəfli güzəşt mexanizmi əsasında həll olunacaq.

"Burada fərqin vətəndaş-bank-dövlət arasında bölüşdürülməsindən söhbət gedir. Bu zaman vətəndaş manatın 1,70 kursu ilə deyil, 1,06 kursu ilə ödəniş edəcək. Hazırda istehlak kreditlərinə güzəşt edilməsi ətrafında müzakirə aparılır. Mərkəzi Bank 5 min dollar məbləğində olan kreditlərə güzəştin verilməsi məsələsini müzakirə edir. İlkin hesablamalara görə, güzəştin verilməsi üçün tələb olunan məbləğ 800 milyon manatdır”.

Vüqar Bayramov qeyd etdi ki, bütün hallarda problemli kreditlərin həllini tapmasında dövlət büdcəsindən maliyyə ayrılması məsələsi gündəmdədir:

"Güzəştin verilməsindən söhbət gedirsə, dövlət maliyyə dəstəyi nümayiş etdirməlidir. Nəzərə alsaq ki, bankların özünün tam olaraq həmin xərci qarşılamağa gücü yoxdur. Buna görə də dövlətin maliyyə dəstəyinin olacağı gözlənilir.

2008-ci ildən ABŞ-da tətbiq edilən proqramın öyrənilməsi, eyni zamanda, Rusiyada tətbiq edilən güzəştli kreditlərdən müxanizmi təcrübəsindən istifadə edilməsi də müzakirə olunan məsələlərdəndir. Son paketə hansı mexanizmin daxil ediləcəyini söyləmək çətindir. Amma nəticə etibarilə, dövlətin maliyyə dəstəyindən söhbət gedir. İlkin hesablamalara görə, 8 milyon manat dövlətin verə biləcəyi maliyyə dəstəyidir. Banklar da dövlətdən müəyyən maliyyə dəstəyi aldıqdan sonra, eyni zamanda, müəyyən güzəştlər, eləcə də faizlərə güzəştlər tətbiq etmək imkanına malik olacaqlar. Sözsüz ki, bütün hallarda paket dövlət dəstəyinin nümayiş etdirilməsini özündə ehtiva edir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol