• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənovdan 8 Mart təbriki - Şəhid xanımları da andı

Zakir Həsənovdan 8 Mart təbriki - Şəhid xanımları da andı
07.03.2019 10:45
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. 

Təbrikdə deyilir: 

"Əziz xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.

Azərbaycan qadını tarix boyu müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə parlaq səhifələr yazıb. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüşlərdə şücaət göstərib.

Ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından - qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətimizdə qadınlara xüsusi hörmət və ehtiramın təzahürüdür.

Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı onun intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.

Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd rayonlarda gedən döyüşlərdə qadınlar da iştirak edib. Vətən uğrunda neçə qadın şəhid olub, iki nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycan qadını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında da əsl vətəndaş kimi çalışır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çox sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də, ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində Azərbaycan qadını da yaxından iştirak edir.

Mərhəməti və xeyirxahlığı, zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. 

Azərbaycanın suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.

İnanıram ki, bütün qadınlar kimi, ordu quruculuğunda xidmət edən və mülki işlərdə çalışan qadınlar bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər.

Bayramınız mübarək, əziz xanımlar!”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol