• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Ermənistana müharibə xəbərdarlığı: martın 29-da...

Azərbaycandan Ermənistana müharibə xəbərdarlığı: martın 29-da...
27.03.2019 15:15
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə görüş keçirilməsi barədə razılıq əldə olunub.

Beləliklə, münaqişə tərəflərinin liderləri 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində bir araya gələcək.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən sabiq dövlət müşaviri, siyasi şərhçi Qabil Hüseynli bildirir ki, ilk görüş olduğu üçün çox şey gözləməyə dəyməz:

"Hələ ki, Paşinyan danışıqların formatının dəyişdirilməsi ilə bağlı bəyanatlar verməkdə davam edir. Hətta qeyd edir ki, görüş zamanı yeni format haqqında İlham Əliyevlə müzakirə aparacaq. Amma formatla bağlı artıq Avropa İttifaqının da, Avropa Şurasının da ATƏT-in Minsk qrupunun da birmənalı mövqeyi var. Danışıqların həminki formatda aparılması qəti şəkildə hər iki tərəfin nəzərinə çatdırılıb. Ermənistandan isə buna əməl olunması tələb edilir. Müşahidələrimə əsasən, deyə bilərəm ki, Ermənistan zorla müzakirələrə cəlb edilir. Danışıqlara həvəslə getmirlər. Danışıqlar ərəfəsində də Paşinyanın bəyanatları göstərir ki, müzakirələrdə mühüm məsələləri masaya qoymaq niyyətində deyillər. Xüsusilə, danışıqlara bir neçə gün qalmış Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanın Moskvaya getməsi, orada rusiyalı həmkarı Sergey Lavrovla görüşməsi onu göstərir ki, onlar yenə də Moskvanın təlimatı ilə oturub-dururlar. Danışıqlar prosesi, bilavasitə, Rusiyanın rejissorluğu ilə aparılacaq. Əlbəttə, danışıqlar prosesinin yenidən bərpa edilməsi müsbət haldır. Lakin burada pozitiv nəticələrin olacağını gözləmək çətindir. Bu, daha çox danışıqlar xatirinə danışıqlara oxşayır. Ermənistan tərəfi vaxt udmaq üçün danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutacaq. Beləliklə də, müzakirələrin nəticəsiz bitməsinə bu və ya digər formada şərait yaratmış olacaqlar”.



Siyasi şərhçi qeyd edir ki, Azərbaycan tərəfi həddindən artıq çox sayda olan tələblərini dilə gətirəcək:

"Tələblərin başında isə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasıdır. Bölgədə sülhün təmin edilməsi prosesinin inadla, sürətli şəkildə aparılması da buraya daxildir. Azərbaycan tərəfi özünün platformasını, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, bu ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ali status verilməsi məsələsini Paşinyanın diqqətinə çatdıracaq. Əgər nəticəli danışıqlar olmasa, məsələnin müharibəyə gətirib çıxarlması haqqında fikirlərini də bildirəcək. Erməni tərəfinin məsələyə münasibətini isə yalnız görüşdən sonra öyrənməyə imkanımız olacaq”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol