• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
07.05.2019 16:50
Mayın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.


Dövlət Komitəsinin Sədri əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.


Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.


Qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.


Xatırladaq ki, Dövlət Komitəsinin Sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol