• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dakı erməni lobbisi Azərbaycana hərbi yardım ayrılmamasına çalışır

ABŞ-dakı erməni lobbisi Azərbaycana hərbi yardım ayrılmamasına çalışır
20.07.2020 14:49
Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Müdafiə Nazirliyinin Azərbaycana 2021-ci il üçün ayırmağı planlaşdırdığı 120 milyon dollarlıq hərbi yardımı dayandırmağa səy göstərir. Erməni diasporu öz mənfur niyyətini həyata keçirmək üçün ölkənin siyasi elitasından və erməni lobbisinin maliyyələşdirdiyi konqresmenlərdən, senatorlardan kömək istəyib. ABŞ Konqresi bu gün məsələni müzakirəyə çıxaracaq və qərar qəbul edəcək. Azərbaycanın ABŞ-dakı diplomatiyası da ermənilərin mənfur əməlinin qarşısını almaq üçün var gücü ilə çalışır. Eyni zamanda bu ölkədə yaşayan azərbaycanlılar isə səs verdikləri konqresmenləri və senatorları Azərbaycanın haqq səsinə dəstək olmağa çağırıblar.

Amerikadakı Azərbaycan icmasının fəalı doktor Vüqar Şahbazlı "Report"un xüsusi müxbirinə açıqlamasında ABŞ-da yaşayan azərbaycanlıların səyləri nəticəsində senatorların fikirlərində uğurlu dəyişikliyin olacağı ümidindədir: "Senatorların Azərbaycan əleyhinə qəbul edəcəyi hər hansı mənfi qərar ABŞ-ın maraqlarına da zidd ola bilər. ABŞ Konqresinin Nümayəndələr palatasında təmsil olunan ermənipərəst konqresmenlər Azərbaycana ayrılacaq hərbi yardımın dondurulması üçün düzəlişlər təklif ediblər. Biz günlərdir bunun üzərində işləyirik və uğurlu nəticələr alacağımızı düşünürük. Belə ki, təklifə konqresmenlərin "yox” deməsi üçün petisiya yaratmışıq. Həmin sənəddə Azərbaycan reallıqları, Dağlıq Qarabağ və Ermənistanın Tovuz rayonunda sərhəddə törətdiyi hərbi təxribatlar haqqında məlumatlar yer alıb. Bu sənədləri imzalamaqla konqresmenlərdə fikir dəyişikliyi yaratmaq öz əlimizdədir. ABŞ-da keçirilən mitinqdə ermənilərə layiqli cavabı vermişik, sabah isə növbəti qələbəmizi Konqresdə qazanacağıq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol