• $
  • €
  • ₽
  • ₺
  • £

23 müxalifət təmsilçisi saxlanılıb

23 müxalifət təmsilçisi saxlanılıb
21.07.2020 17:05
İyulun 14-21 aralığında Azərbaycan Xalq Cəbhəsi partiyasının 23 üzvü saxlanılıb, bunu AXCP-nin sədr müavini Seymur Həzi bildirib. 

"İyulun 14-dən indiyə kimi 23 partiya üzvü saxlanılıb. Onlardan  yeddisindən yaşayış yerini tərk etməmək və istintaq sirrini yaymamaq haqda iltizam alınaraq sərbəst buraxılıb. 5 nəfər barədə - Asif Yusifli, Seymur Əhmədzadə, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov haqqında həbs qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 233-cü (İctimai qaydanın pozulasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur. Qalan 11 nəfər barədə məlumat yoxdur",  - deyə Seymur Həzi bildirib. 

Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində gedən  döyüşlərlə bağlı keçirilmiş  orduya dəstək aksiyasında iştirak edib. 

AXCP öz üzvlərinə qarşı irəli sürülən ittihamları əsassız sayır",  - deyə Seymur Həzi əlavə etdi. 

Bakı Şəhər Baş polis idarəsinin rəhbəri Elşad Hacıyev orduya dəstək aksiyasında iştirak edən və saxlanılan müxalifət təmsilçiləri barədə məlumata malik olmadığını bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi yaxın zamanda  rəsmi açıqlama ilə çıxış edəcək. 
 
Kənan Əzizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol