• $
  • €
  • ₽
  • ₺
  • £

Naftalanda Səfərbərlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub

Naftalanda Səfərbərlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub
16.02.2021 15:25
Naftalan şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilib.
 
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Abidin Rüstəmov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Daha sonra icra başçısı Vüqar Novruzov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasında əsas məqsəd ordu quruculuğu prosesinə əhəmiyyətli təkan vermək, çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılmasıdır. Şəhər rəhbəri SHXÇDX-nin şəxsi heyətinə dövlətin, xalqın və Ali Baş Komandanın hər zaman etimadını doğrultmağa və üzərlərinə düşən məsul, şərəfli işlərində uğurlar arzulayıb.

Sonda Vətən müharibəsi dövründə arxa cəbhədə göstərdikləri fəallığa görə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Məmmədov və nümayəndəliyin müavini Nicat Cəfərov SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov tərəfindən fəxri fərman ilə təltif olunublar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol