• $
  • €
  • ₽
  • ₺
  • £

Tankları məhv edilən Ermənistan köhnə T-55-ləri təlimə çıxardı

Tankları məhv edilən Ermənistan köhnə T-55-ləri təlimə çıxardı
26.03.2021 11:11
Ermənistan ordusu bu günlərdə keçirdiyi "irimiqyaslı təlimlərdə” köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb. Virtualaz.org xəbər verir ki, bu detala "Vestnik Mordoviya” portalı Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotolara əsasən diqqəti cəlb edib. Təlimlərdə bir neçə T-72 tankı da görünüb.


Ermənistan ordusu özünün tank arsenalının böyük qismini 44 günlük Qarabağ müharibəsində itirib. Düşmənin 270-ə yaxın tankı Azərbaycan ordusu tərəfindən məhv edilib, 70-dən çox tank hərbi qənimət kimi götürülüb. Hazırda onların bir qismi Bakıda yaradılmaqda olan hərbi qənimətlər Muzeyində eksponata çevrilmək üzrədir.


Açıq mənbələrdə yer alan məlumatlara görə müharibəyə qədər Ermənistan ordusunun quru qoşunlarının silahlanmasında 320 döyüş tankı yer alırdı. Təxminən bir o qədər tank da işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmişdi. Beləliklə, təxmini hesablamalara əsasən müharibədə Ermənistan öz tank arsenalının yarıdan çoxunu itirib. Üstəlik bu tankların böyük qismi əsas döyüş tankları olan T-72 tanklarıdır.


Müharibə ərzində Ermənistan ordusunun T-72 tanklarının kütləvi şəkildə məhv edilməsi düşməni məcbur etmişdi ki, döyüşə köhnə T-55 tanklarını çıxarsın. Bu barədə sosial şəbəkələrdə videogörüntülərə rast gəlinirdi. Doğrudur, Azərbaycan ordusunun arsenalında da T-55 tankları mövcuddur və onlar müharibədə istifadə edilib. Lakin bunlar modernizə edilmiş, müasir nişangahlarla təchiz edilmiş T-55 tanklarından gedir. Üstəlik onlar döyüşə atılmırdı və hərəkətdə olan artilleriya qurğusu kimi ikinci eşalonda istifadə olunurdu. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol