• $
  • €
  • ₽
  • ₺
  • £

Elxan Poluxova yeni vəzifə verilib

Elxan Poluxova yeni vəzifə verilib
14.05.2021 16:59
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Azərbaycan Karib Hövzəsi Ölkələri Birliyi (CARİCOM) təşkilatının yanında səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

Azərbaycanın Braziliyadakı Səfirliyindən verilən məlumata görə, bu barədə məktub CARİCOM–un Baş Katibi cənab İrvin Laroka onlayn formatda təqdim edilib.

E.Poluxov təşkilatı regional təhlükəsizliyinin gücləndirilməsində, demokratiyanın təşviqində əhəmiyyətli platforma kimi qiymətləndirilən, ölkəmizin bu proseslərə tövhə verməyinə hazır olduğunu qeyd edib.

Azərbaycanın dünya arenasında özünə məxsus yer tutduğunu bildirən E.Poluxov, qlobal çağırışlara, humanitar böhranlara biganə qalmadığını, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə beynəlxalq təşəbbüslərə daim dəstək verdiyini diqqətə çatdırıb. Bundan əlavə regionda və ümumiliklə dünyanın hər bir guşəsində təhlükəsizliyin və əminəmanlığın vacibliyi xüsusi qeyd edilən, Azərbaycanın neçə illəridir ki, Erməni təcavüzü ilə təkbətək qaldığı, ölkəmizin böyük mənəvi və maddi zərbələrlə üzləşdiyi bildirilmiş və 44 günlük Vətən Müharibəsinin nəticələrinə dair məlumat verib.

Öz növbəsində cənab İ.Larok səfir E.Poluxovu təyinatı münasibəti ilə təbrik etmiş və fəaliyyətində uğurlar arzulamışdır. Baş Katib Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlu təcrübəsini CARİCOM təşkilatı ilə bölüşdüyünə ümidvar olduğunu vurğulayıb. Hazırda bütün dünyanı narahat edən COVİD-19 pandemiyası, ekoloji və təbii təhlükələr ilə birgə mübarizənin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı və faydalı əməkdaşlığın vacibliyi də qeyd olunub.
Qeyd edək ki, CARİCOM Karib regionunu təmsil edən on beş tam və beş əlaqəli (associate) üzv dövlətdən ibarət olan bir təşkilatdır. Beliz, Surinam və Qayana istisna olmaqla digər üzv ölkələr ada ölkələrdir və təşkilat çərçivəsində bir sıra mühüm məsələlərdə birgə mövqedən çıxış edirlər. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol