• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatının mətni yayılıb - YENİLƏNİB

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatının mətni yayılıb - YENİLƏNİB
21.05.2021 09:53
Cənubi Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizliyi  möhkəmləndirmək üçün Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin gələcək demarkasiyası məqsədilə delimitasiyası üzrə birgə komissiya yaradılıb, bu barədə sosial şəbəkədə yer alan Azərbaycan prezidenti İlham Əliyev, Rusiya  prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə bəyanatının mətnində bildirilir.


Bəyanatda həmçinin deyilir ki, Ermənistan və Azərbaycan hökumətləri 2021-ci il mayın 31-ə kimi komissiya çərçivəsində milli nümayəndə heyətlərini formalaşdırmalıdırlar. Rusiya milli nümayəndə heyəti isə Komissiya çərçivəsində məşvərətçi rolunda çıxış edəcək. 


Nümayəndə heyətlərinə Azərbaycan, Ermənistan və Rusiya qanunvericiliyinə uyğun olaraq  xüsusi səlahiyyətləri olan  nümayəndələr rəhbərlik edəcək.  


Komissiya 2021-ci il iyunun 30-da ilk toplantısını keçirəcək. Həmin toplantıda görüləcək işlərin əsas istiqamətləri və iş qaydası müəyyənləşəcək, o cümlədən ekspert qrupları təsdiqlənəcəkdir. 


Ekspert qrupları Komissiyanın iclasından sonra bir ay ərzində öz səlahiyyətləri daxilində tədbirlər planını təqdim edəcəklər. 


Bu Bəyanatdan irəli gələn bütün məsələlər müstəsna olaraq siyasi-diplomatik yolla üçtərəfli razlaşlma əsasında  yerinə yetirilməlidir. 


Ermənistanın baş naziri Nikol Paşinyan dünən sosial şəbəkədə mövcud olan bu bəyanatın mətninin həqiqiliyini təsdiq edib. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb. 


Rəsmi Bakı və Kreml isə bəyanatla bağlı hər hansı məlumat yaymayıblar. 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol