• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc Ermənistandakı fərarilərdən DANIŞDI

Zahid Oruc Ermənistandakı fərarilərdən DANIŞDI
21.05.2021 11:22
"Ermənistan İstintaq Komitəsinin ötən ilin 22 dekabr tarixli məlumatına görə fərarailik edən 1358 nəfərə cinayət işi qaldırılıb. Sonra məlumat qapalı saxlanılıb, lakin qeyri-rəsmi mənbələr ittiham olunanların 10000 nəfərə yaxın olduğunu bildirir. Qarabağda yaşayan və xalqımıza qarşı təcavüzkarlıq etməyən, əlinə silah götürməyən və atəş əmrini yerinə yetirməyən, döyüş meydanını tərk edən ermənilərin cəzalandırlmasına dövlətimiz hüquqi-siyasi qiymət verməli, döyüşməkdən imtina etdikləri üçün xəyanətdə suçlandırılan şəxslərin həbsini pisləməsi vacibdir”.
 
Anews.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında Komitə sədri Zahid Oruc bildirib.

O deyib ki, əslində, süngü gücünə səngərə gətirilən minlərlə adamın döyüşməməsi torpaqların kimə məxsuslugunu göstərir. Eyni zamanda, sual olunur- vuruşmaqdan imtina edən erməni hərbçilərinn əsas arqumenti nə olub? Cavabı erməni əsgərləri verir - göydən od yağırdı və yoldaşlarımızı külə çevirirdi. Bəli, fakitiki olaraq, Qarabağda döyüşlərə cəlb olunan  40 minə qədər hərbçinin 5-6 mini məhv olubsa, 10 mindən çox yaralı varsa, yerdə qalanların da az qala 30 faizi fərarilikdə ittiham edilirsə, deməli, Ermənistan siyasi hakimiyyəti öz vətəndaşları ilə müharibə vəziyyətindədir:

"Nəinki savaş, eləcə də sülh dövründə Ermənistanda fərarilik geniş yayılmışdı. Qarabağda demoqrafik ölüm yaşandığını, azərbaycanlılarla birgə olduqları vaxtı saylarının artdığını, işğal illərində isə azaldığını və qızların da  oğlanlardan çoxluğunun müharibə bağlılığını prezident Armen Sarkisyan RBK dayliyə müsahibəsində etiraf etmişdi. Minlərlə şəxsə cinayət işinin açılması ilə Ermənistan Məhkəməsi  100 il əvvəlki andraniklərin, njdelərin varisi sayılan ordunun fərarilərinin qəhrəmanlardan çox olduğunu dünyaya elan edir. Ona görə də bizim həbsxanalar erməni hərbçiləri üçün təhlükəsiz yerdir. Ermənistanın hərbi generalı Levon Stepanyan deyir ki, hamını həbsə ata bilməzlər. Halbuki, onlarla siyasətçinin fərariliyi olan yerdə hərbçiləri günahlandırmaq doğru deyil. Baxın, Sarkisyan qarşıdakı parlament seçikilərinə qatılmayacaq. Bu hərbi məğlubiyyətin birbaşa nəticəsidir. Ən böyük fərarilər Sarkisyanla, Koçaryanın özüdür”.

O daha sonra bildirib ki, Vətən müharibəsində hərbçilərimiz arasında fərarilik olmayıb. Bu fakt qələbəmizin ən böyük şərtlərindən biridir. Biz hətta ölkəmizdə yaşayan ermənilərin içərisindən bir nəfəri zorla aparıb ön cəbhədə süngünün qabagında öz millətindən olanlara atəş açmağa məcbur etməmişik. Lakin Ermənistan hakimiyyəti öz vətəndaşlarına qarşı zor tətbiq edir. Biz Strasburqda, Brüsseldə Vaşinqtonda özlərinin əsir adlandırdıqları şəxslərə görə Bakıya qarşı etiraz aksiyaları keçirənləri soydaşlarına Ermənistanda fərarlik damğası ilə cinayət işi açan hakimiyyətin üstünə getməyə çağırırıq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol