• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin Sədri Sahibə Qafarova İslamabadda İƏT PA-nın tədbirində çıxış edib

Milli Məclisin Sədri Sahibə Qafarova İslamabadda İƏT PA-nın tədbirində çıxış edib
01.06.2021 17:09
 Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdədir.

İyunun 1-də Milli Məclisin Sədri İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İcraiyyə Şurasının iclasında iştirak edib. Şurada qurumun Parlament Assambleyasının İkinci Ümumi Konfransında müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirdə Azərbaycan parlamentinin Spikeri Sahibə Qafarova çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildirib, İslam dünyasında qadınların rolu haqqında fikirlərini bölüşüb. O, dünyada islamofobiyanın geniş yayıldığı şəraitdə cəmiyyətdə qadınların rolunun daha da möhkəmlənməsinə ciddi ehtiyac olduğunu qeyd edib. Sahibə Qafarova təşkilatda qadın parlamentarların iclasının təşkil olunmasını yüksək dəyərləndirib.

Milli Məclisin Sədri bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir. O, bu yaxınlarda Milli Məclisin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Nizamnaməsini ratifikasiya etdiyini xatırladıb. Sədr təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığın dərinləşməsini günün tələbi kimi dəyərləndirib. 

İclasda Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılmış  nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol