• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin tapşırıqları xalqı razı salacaq səviyyədə yerinə yetirilmir - Millət vəkili

Prezidentin tapşırıqları xalqı razı salacaq səviyyədə yerinə yetirilmir - Millət vəkili
08.06.2021 12:21
Cənab Prezidentin tapşırıqları da xalqı razı salacaq səviyyədə yerinə yetirilmir. Hər çıxışında nə qədər xəbərdarlıq edilir. Prezident təyinat edir, amma insanın içini görmək olmur. Sonrakı addımlar yalnız Prezident İlham Əliyevin məsuliyyəti deyil. Biz deputatlar da çılpaq həqiqətləri deməliyik. 

Anews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. 

"Ölkə yağlı əppəkdir, daraşıb talayırlar. Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Xahişsiz, minnətsiz əppəyi parçalyırlar. Xahiş edən mənim, sənin kimi olur, onun da bir xahişini ala başına-kül başına edib yola verirlər, qalanını bəhanələrlə etmirlər, seçiciyə görə minnət də qoyurlar. Bu ölkəni talayanların, bu ölkənin varidatını oğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya da azdır. Bu qurulan dövlətin saxlanılmasında bizim və sizin kimi əli qabarlı, alnı tərli, ömrünü qorxu-hürkü içində keçirənlərin, gözünü açandan məşəqqətlər içində və məvacib ilə yaşayanların, dövləti və dövlətçiliyi qoruyanların rolu və haqqı var" - deyə qeyd edib.  


Deputat onu da əlavə edib ki, Oğurluq, yalançılıq, şişirdilmiş tərif, layiq olmayan adamın qabağında əyilmək, yaltaqlıq cəmiyyəti inkişaf etməyə qoymur.


"Arxasında güclü məmur əli olmayan bir çox müəssisələr normal işləyə bilmir, yaxud bağlanır. Neçə biznesmenin zavodu, fabriki əlindən alınıb, biznesini təhvil verib, qaytarın onları özlərinə, qoy bu ölkəyə iş adamlarının, sərmayəçilərin inamı yaransın. Əvvəlki dövrlərdə, bilirsinizmi neçə iş adamının evini yıxıblar? O ev yıxanların xeyli hissəsi əlini-qolunu uzadıb gəzir. Neçə iş adamını qəbul edirəm, birinin 2, 3, 5, 10, 20 milyonunu, birinin on milyonlarla dəyərində olan obyektlərini, birinin zavodunu, birinin fabrikini, birinin pul gətirən biznesini tutub alıblar. Qardaşım, DTX əməliyyat keçirir, seyflərdə, evlərdə, xaricdə, daxildə pulların da xeyli hissəsini müsadirə edir, qalanını da sonrakı mərhələlərdə başqaları edir. DTX-nın vəzifəsi bitdi. Bəs sonra? Ağzınacan dolu şkaf və seyflər götürülür. Niyə o zərərçəkənlərin pullarını qaytarmırsınız? Zərərçəkənləri gətirib üzə durdurursunuz, pullarını geri vermirsiniz? Həbsdən sonra bütün instansiyalarda pulların mənimsənilməsi gedir. Biz dövlət qurmamışıq ki, onu bu şəkildə talan etsinlər. Vəzifə daşıyanların xeyli hissəsinin heç bir haqqı yoxdur, amma özlərini elə aparırlar və elə dağıdıb yeyirlər ki, elə bil bu dövləti onlar qurub və şəxsi məqsədlər üçün. Xeyr, bu dövləti quranların çoxu nimdaş kostyumda və möhtac yaşayır. Qurulan dövlətin qorunmasında iştirakı olmayanların qəbulunda boynunu bükür. Biz Ermənistanla müharibəni qazandıq, indi daxildə müharibə elan etmək və normal cəmiyyət quruculuğuna mane olanları cəzalandırmaq zamanıdır" deyə əlavə edib. 
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol