• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistanın mövcudluğu Əliyev, Putin və Ərdoğandan asılıdır”

“Ermənistanın mövcudluğu Əliyev, Putin və Ərdoğandan asılıdır”
28.06.2021 23:56
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitq ölkəmizlə bərabər, dünyanın müxtəlif ölkələrində, o cümlədən Ermənistanda geniş müzakirə mövzusu olaraq qalır.

Anews.az "AzərTac"a istinadən xəbər verir ki, Ermənistanın "Noyan Tapan TV” telekanalında Azərbaycan Prezidenti İlham Əliyevin "Gülüstan” sarayında söylədiyi nitqin təhlili zamanı bildirilib: "Son 30 ildə aparılan siyasətin nəticəsi bu gerçəkliyi ortaya qoydu ki, bu gün Ermənistan dövlətçiliyinin mövcudluğu Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin mövqeyindən asılıdır”.

Erməni ictimaiyyətində yaranan fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb. Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya rəhbəri Hamlet Petrosyan Azərbaycanın apardığı siyasətin Ermənistanın və erməni mütəxəssislərin Cənubi Qafqazda qədim şəhərlərin araşdırılması ilə bağlı elmi konfranslarından kənarda qalmasına səbəb olmasından şikayətlənib.

Oxşar konfransların Avropa və ABŞ-ın müxtəlif universitetləri tərəfindən təşkil edildiyini bildirən Petrosyan deyib ki, bu, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında uzun müddətdir aparılan siyasətin elm sahəsinə də sirayət etməsinin nəticəsidir. Azərbaycan müntəzəm olaraq Qafqazı ermənilərsiz ərazi kimi təqdim edir və xatırladır ki, onlar buraya sonradan gəliblər.

Görünür, yayılan bu ideologiyanın nəticəsidir ki, Cənubi Qafqazın III-VI əsrlərdə mövcud olan şəhərlərinin tədqiqi layihəsində Ermənistanın iştirakı nəzərdə tutulmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol