• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan "Sərhədsiz Reportyorlar"ın sorğusunu cavablandırmaqdan imtina etdi

Ermənistan "Sərhədsiz Reportyorlar"ın sorğusunu cavablandırmaqdan imtina etdi
02.07.2021 15:24
İsveçdəki Azərbaycan diasporunun fəal üzvləri Abdulla Cavanşir Haşimi, Aida Amir Haşimi və Nadir Hollenbrandın təşəbbüsü ilə "Sərhədsiz Reportyorlar" təşkilatının bu ölkədəki nümayəndəliyinin https://www.reportrarutangranser.se saytında Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olan azərbaycanlı jurnalistlərdən və Ermənistanın yolverilməz davranışından bəhs edən məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən anews.az-a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov 2020-ci ildə baş verən müharibədən sonra öldürülən ilk jurnalistlərdir: "Müharibə zamanı 7 nəfərdən çox jurnalist yaralanıb, mina partlayışları nəticəsində ölən və yaralanan mülki şəxslərin sayı isə daha çoxdur".
"Sərhədsiz Reportyorları"ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri Janna Kavalye deyib ki, iki jurnalistin ölümü KİV-də çalışan hər kəs üçün faciəli xəbərdir: "Bu regionda işləmək istəyən digər jurnalistləri də bənzər tale gözləyə bilər və yaxud onlara oraya səfər etməyə və reportajlar hazırlamağa icazə verilməyəcək".

J.Kavalye bu insidentin şəffaf şəkildə araşdırılması çağırışı ilə Azərbaycan və Ermənistan hakimiyyətlərinə müraciət edib.
 Ermənistan hakimiyyəti "Sərhədsiz Reportyorlar" təşkilatının azərbaycanlı jurnalistlərin ölümünün araşdırılmasını şərh etmək barədə sualına cavab verməyib.
Məqalədə İsveçdəki "Qarabağ” Azərbaycan Mədəniyyət Dərnəyinin əməkdaşı Aida Amir Haşiminin fikirlərinə də yer verilib. Soydaşımız bildirib ki, Kəlbəcər dünyada ən çox mina yerləşdirilmiş bölgələrdən biridir.

Ermənistan rəhbərliyinin mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyi, yalnız 12 iyun 2021-ci il tarixində ölkəmizin 15 erməni diversantını təhvil verməsi müqabilində Ağdamda yerləşdirilmiş minaların xəritələrinin təqdim edildiyi nəzərə çatdırılıb

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol