• $
  • €
  • ₽
  • ₺
  • £

Kərəm Mustafayev: "Birgə təlimlər Azərbaycan və Türkiyənin hərbi qüdrətinin nümayişidir"

Kərəm Mustafayev: "Birgə təlimlər Azərbaycan və Türkiyənin hərbi qüdrətinin nümayişidir"
05.08.2021 14:30
"Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda və Türkiyənin Qars şəhərində keçirilmiş döyüş atışlı birgə taktiki təlimlər hər iki qardaş ölkənin hərbi qüdrətinin nümayişidir".


Bunu Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev deyib.


"Ulu öndərlərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və hərbi qulluqçularımızın peşəkarlıqlarının artırılmasına xidmət edən kurslarda birliyimizin və bərabərliyimizin ifadəsinə çevrilib. Əlahiddə Ümümqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə keçirilən taktiki-xüsusi təlimin uğurla başa çatması Türkiyə Respublikasının Sparta və Kayseri şəhərlərində, Naxçıvandakı Dağ Təlim Mərkəzində təşkil edilmiş kurslarda və 44 günlük Vətən müharibəsində qazanılan döyüş təcrübəsinin peşəkarlıqla tətbiq edilməsinin əyani göstəricisidir", - komandan vurğulayıb.


Qeyd edək ki, "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlim keçirilib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri və binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb. Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol