• $
  • €
  • ₽
  • ₺
  • £

Atışmaların ardınca sülhməramlılar reydlərə başladı

Atışmaların ardınca sülhməramlılar reydlərə başladı
24.08.2021 11:06
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki erməni silahlı qruplarının Azərbaycan ordusunun Şuşa, Ağdam, Xocavənd istiqamətindəki mövqelərini son günlər tez-tez atəşə tutmasının ardınca sülhməramlılar reydlərə başlayıblar. virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu reydlərin mobil patrul qrupları tərəfindən "Dağlıq Qarabağdakı hazırkı təmas xətti boyu” həyata keçirildiyini bildirir.

Ötən gün patrul qrupları BTR-82A zirehli transportyorlarında və yolsuzluq şəraitində hərəkət edə bilən "Ural” avtomobillərində ümumi istifadədə olan yollardan, eləcə də çətin keçilən qrunt yollardan istifadə edərək Rusiya sülhməramlılarının nəzarətindəki zonanın ucqar rayonlarını gəziblər.

"Gündəlik olaraq mobil patrul qruplarının qarşısına təmas xətti boyu Rusiya sülhməramlı kontingentinin iştirakını nümayiş etdirmək, habelə atəşkəs rejiminə əməl edilməsinə nəzarət etmək üçün yerdəyişmə həyata keçirmək vəzifəsi qoyulub”,-sülhməramlıların nümayəndəsi Aleksandr İsakov bildirib.

Onun sözlərinə görə, reydlər zamanı hava müşahidəsi həyata keçirilir, yerli sakinlərlə vəziyyətin necə dəyişdiyi barədə söhbətlər aparılır. Sülhməramlıların patrulu hər gün Ağdərə, Xocavənd və Laçın dəhlizi boyu patrul vəzifələrini yerinə yetirirlər.(virtualorg)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol