• $
  • €
  • ₽
  • ₺
  • £

“Antiterror əməliyyatı keçirsək, əsgərimiz əsir düşməz” - deputatla müsahibə

“Antiterror əməliyyatı keçirsək, əsgərimiz əsir düşməz”  - deputatla müsahibə
30.08.2021 17:02
"Hamını narahat edən məqam budur ki, Azərbaycan ərazisində Azərbaycan əsgəri tutulub. Bu gün hələ də Azərbaycan ərazisində rus sülhməramlılarının nəzarət etdiyi torpaqlarda 1991-ci ildə ermənilər tərəfindən yaradılmış  qeyri-qanuni seperatçı qurum hələ də fəaliyyətini davam etdirir. Yəni bu, sirr deyil, faktdır”.  
 
Bu sözləri Modern.az-a açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocavənd-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov deyib.
 
Azərbaycan hərbçisinin Rusiya sülhməramlılarının nəzarətində olduğu Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülməsinə və həbs olunmasına münasibət bildirən deputat yaranmış vəziyyətin başadüşülən olmadığını söyləyib:
 
"Orada qondarma rejimə aid olan müxtəlif qurumlar fəaliyyət göstərir. Bunun nəticəsidir ki, Azərbaycan ərazisində əsgərimiz əsir götürülür, ona cinayət işi qaldırılır və həbs olunur. Təbii ki, bunun qarşısını almaq üçün yeganə bir yol var. Bu yol ondan ibarətdir ki, Azərbaycan öz ərazisində olan qeyri-qanuni olan separatçı qüvvələri  və silahlıları məhv etmək üçün antiterror əməliyyatlarına başlamalıdır. O zaman ermənilər ərazimizdə bizdən nə əsir götürəcəklər, nə də qeyri-qanuni hərəkət olacaq. Separatçı qurum bizim ərazimizdə mövcuddur və fəal fəaliyyət göstərir.
 
Rus sülhməramlılarının himayəsi altında onlarla birgə fəaliyyətdədirlər. Nə qədər ki, onlar birlikdədir, belə hadisələr baş verəcək. Dediyim kimi, bunların qarşısını almaq üçün bizim yeganə çıxış yolumuz var. Ərazimizi düşməndən təmizləməliyik. Ondan sonra belə hadisələr baş verməyəcək. Nə qədər ki, separatçılar bizim torpaqlardadır, bu cür olayları gözləməliyik”.
 
Deputat vurğulayıb ki, rus sülhməramlıları öz öhdəliklərini yerinə yetirə bilmir:
 
"Mən onları sülhməramlı hesab etmirəm. Onlar bizim ərazimizə gələn gündən sülhməramlı missiyanın ziddinə aid fəaliyyətlə məşğuldurlar. Erməniləri ordan-burdan yığıb gətirib, bizim ərazimizdə məskunlaşdırmaq, onları himayə etmək, humanitar yardım göstərmək, silahlandırmaq və s. kimi qeyri-qanuni işlərlə məşğuldular. Ona görə də mən onları sülhməramlı adlandırmıram”.
 
Ötən həftə Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.  
 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol