• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibədən zərər çəkən sahibkarlara 4,3 milyon manat ödənilib

Müharibədən zərər çəkən sahibkarlara 4,3 milyon manat ödənilib
01.09.2021 15:42
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən dinc şəhər və kəndlərimiz bombardman edilib. Nəticədə mülki əhaliyə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəyib, onların normal işgüzarlıq fəaliyyəti pozulub.


Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə və dövlətə məxsus nəqliyyat vasitələrinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 6 iyul 2021-ci il tarixli sərəncam imzalayıb.


Qeyd olunan sərəncamın icrasının təmin edilməsi məqsədilə zərərin qiymətləndirilməsi və aradan qaldırılması üçün müvafiq rayonlarda dövlət başçısının 6 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının işçi qrupları tərəfindən araşdırmalar aparılıb, 294 sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib. Müəyyən olunub ki, Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği 4 milyon 741 min 647 manat təşkil edir.


Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərər çəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb. Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4 milyon 261 min 941 manat vəsaitin ödənişi təmin olunub.


Proses davam edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol