• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq
19.09.2021 14:00
ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan "Türk evi” binası açılışa hazırdır.

"Report”un yerli bürosu xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşəcəyi binanın açılışını BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən "Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir.

Yüz yetmiş bir metr yüksəklikdə və iyirmi min kvadratmetrlik ərazidə inşa edilən bina Səlcuqlu və Osmanlı memarlığından ilhamlanaraq ənənəvi türk memarlıq motivlərini özündə daşıyır və lalə şəklində inşa edilib.

"Türk evi” binasının Nyu-Yorkun simvolu hesab olunan binalarından biri olması hədəf seçilib.

İki yüz nəfərlik auditoriya, toplantı və sərgi salonları olan binanın inşasını Türkiyə-ABŞ ortaq şirkəti həyata keçirib.

Yağış suyunun toplanmasına və istifadəsinə imkan verən anbar sistemi və yaşıl bina sertifikatına malik olan bina ekoloji cəhətdən təmiz bir göydələn xüsusiyyətinə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin də, "Türk evi” binasına köçürülməsi nəzərdə tutulur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol