• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, Türkiyə və Pakistan generalları təlimləri izlədi - Video

Azərbaycan, Türkiyə və Pakistan generalları təlimləri izlədi - Video
20.09.2021 17:02
Sentyabrın 20-də "Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.  


Müdafiə Nazirliyindən Anews.az-a bildirilib ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.


Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedişi barədə məruzə olunub.


Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrində plana uyğun verilən tapşırıqları icra ediblər. 


Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.


Təlimin şüarının "Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!" olduğu diqqətə çatdırılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol