• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin payız sessiyasının ilk iclası: Nələr müzakirə olunacaq?

Milli Məclisin payız sessiyasının ilk iclası: Nələr müzakirə olunacaq?
22.09.2021 11:53
gələn həftə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçiriləcək. Qanunvericiliyə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Anews.az-ın məlumatına görə, ilk plenar iclasda müzakirə olunacaq məsələlərə artıq komitələrdə baxılıb. 

Belə ki, payız sessiyasının ilk plenar iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında", "Gömrük tarifi haqqında”,  Vergi və Gömrük Məcəlləsində dəyişiklər edilməsi barədə məsələlər müzakirə oluna bilər.

Bundan başqa iclasda, Mülki Məcəllədə, "Müflisləşmə və iflas haqqında”, "İcra haqqında”, "Banklar haqqında”, "Teatr və teatr fəaliyyəti haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və "Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarılması gözlənilir. Bu dəyişikliklər icbari tibbi sığorta sisteminə keçidlə əlaqədardır.


Həmçinin, "Valyuta tənzimi haqqında”, "Kredit ittifaqları haqqında”, "Banklar haqqında”, "Poçt haqqında”, "Mühasibat uçotu haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Bank olmayan kredit təşkilatları haqqında”, "İnvestisiya fondları haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "Kredit büroları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə olunacaq. Bu layihə "Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2018-ci il 4 may tarixli qanundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

 "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi də plenar iclasda müzakirəyə hazırdır. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol