• $
  • €
  • ₽
  • ₺
  • £

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
13.10.2021 12:05
Ermənistan vaxtilə işğal altında saxladığı və İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan höküməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn dəstəyi verir və gələcəkdə də verəcək:
 
"Ancaq Qarabağda yenidənqurma işlərinin sürətlənməsi üçün ermənilər tərəfindən həmin ərazilərdə basdırılan minaların təmizlənməsi lazımdır. Bunun üçün kifayət qədər texnologiya da var. Ancaq həmin ərazilərdə minaların harada basdırıldığı məlum deyil. Ermənilər minalanmış ərazilərin bəzilərinin xəritələrini Azərbaycana veriblər, ancaq digərlərini isə hələ də verməyiblər.

Hesab edirəm ki, Ermənistanın ən qısa zamanda bu məsələləri asanlaşdırmaq, sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atması lazımdır. Ermənistan həmin ərazilərdə basdırdığı bütün mina xəritələrini ən qısa zamanda Azərbaycana verməlidir. Çünki ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər. Can Azərbaycan heç vaxt tək olmayıb və biz heç bir vaxt Azərbaycanı tək buraxmayacağıq. Bunu hər kəs bilsin!”, - deyə nazir bildirib. (report)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol