• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc:“Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?!"

Zahid Oruc:“Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?!"
29.10.2021 11:44
"Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan Freedom House-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada The National İnterest dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən-dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir"

Anews.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur, eləcə də qanunların pis işləməsi, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə, prezident dəfələrlə qeyd edir, 2019-cu ildən başlanan Yeni Hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır:

"Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi Həmasın idarə etdiyi Qəzza bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir. Bildiyiniz kimi, Yəmən şəriət qaydaları ilə idarə olunur.Biz əlbəttə, onların seçiminə hörmətlə yanaşırıq.Lakin dövlətlər üzərində özünü dəyənək kimi hiss etdirmək soyuq müharibə dövrünün qalığıdır. Ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız BP-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu "neft əvəzinə silah” adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının "sıxışdırılması”na Amerikanın "dözməsini” İrana qarşı planlarla əlaqələndirmək the National İnterest və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir.Axı Freedom House "Azadlıq Evi” deməkdir.Ötən ili qiymətləndirən hesabatda 700 min köçkünün azad olan, lakin, mövcud olmayan Evi haqqında bir cümlə yazmamaq, bunu insan haqlarının təminatı sahəsində "dünyanın ən böyük hadisəsi” adlandırmamaq köləlikdir, qərəzdir, siyasi möhtəkirlikdir.İşğala son qoyan yagənə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqın siyahısından çıxmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkivizisiya məhkəmələrinə oxşadır.Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil?Doğma evlərə və bütün Qarabağa qayıtmaq bir millətə və dövlətə nüfuz qazandıran hadisə deyilsə, onda bizə işğal, evsiz azadlıq gərək deyil!"

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol