• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: "Bu xalqın qələbə məclisi qurmaq haqqı var!"

Zahid Oruc: "Bu xalqın qələbə məclisi qurmaq haqqı var!"
05.11.2021 11:43
 İlham Əliyevin rəhbəri olduğu xalq və Silahlı qüvvələr indi 70 mindən artıq orden və medalları daşıyan qalib Qafqaz ordusudur.
 
Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında  8 noyabr - Zəfər Günü ilə bağlı bəyanatı müzakirəsi zamanı çıxışında deyib.

"İkinci Qarabağ müharibəsində rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirlib.İki tərəfdən birgə yaralıların sayı qeyri-rəsmi rəqəmlərə görə 16-18 minə çatır.Əgər günlük hesabda biz müharibənin itki miqyasını ölçmək istəsək onda görəcəyik ki, bir gündə həyatını itirənlər 159 nəfərə, yaralılar isə 360-400-ə yaxındır.Deməli, "21-ci əsrin müharibəsi” adlandırılan sonuncu savaş birinci Qarabağ müharibəsi qədər davam etsəydi, 350 mindən artıq itkilər ola bilərdi.Miqyası təsəvvür edirsiniz. Ona görə də bizim 44 günlük Zəfərimiz  ən qısa vaxtda, ən azı itki ilə ən yüksək nəticə qazanıldığı haqq savaşı kimi tarixə düşəcək.

44 günlük müharibənin dünya tarixi üçün mühüm əhəmiyyətindən biri də ikinci dünya müharibəsindən sonra həmin savaşdan böyük diplomatik məharətlə kənarda qalmağı bacaran qardaş Türkiyənin və faşizmlə döyüşün qalibi sayılan, Sovetlərin Birliyinin varisi adlandırılan Rusiya dövlətinin rəhbərinin 3-cü dövlətin, indiki halda Azərbaycanın qələbəsini tanıyan bir aktı imzalaması çox nadir hadisədir.Son 76 ildə buna bənzər digər bir Aktı xatırlamaq mümkün deyil. 

 Dünya tarixində ərazi işğalları aradan qaldırılarkən on min kvadrat kilometr ərazilərin düşmən qüvvələrdən təmizlənməsi ən azı 3 dəfə artıq ərazilərə müharibənin yayılması şəraitində mümkün olur.Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, ikinci Qarabağ müharibəsi strateji obyetklərə, yollara, hava limanlarına, döyüş zonasından uzaqda yerləşən yaşayış massivlərinin hərbi-texnolji imkanlarla qətiyyətlə qorunduğu "ağıllı müharibə! nümunəsidir.Yəni, hərbi əməliyyatların radiusunu Qarabağ və ətraf ərazilərdə lokalllaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Qarabağ bizim üçün təkcə, ərazi vahidi, yurd yeri və doğma torpaqlar demək deyil.Şanlı ordumuz yalnız silahla deyil, yenilməz ruhu və iradəsi ilə qazandığı qələbədən doğulan yeni xalq özünün gələcək qalib oğullarını yetişdirəcək. Bayramınız mübarək olsun, əziz qardaş və bacılar.200 ildən sonra bir xalqın öz şərikli Zəfər çörəyini dadmaq və Qələbə məclisi qurmaq haqqı var!", deyə Zahid Oruc əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol