Şuşa yaxınlığındakı insidentdə üç hərbçimiz yaralanıb

Ermənilərin Şuşa şəhəri yaxınlığında törətdiyi təxribat nəticəsində üç hərbçimiz yaralanıb.
"Qafqazinfo” xəbər verir ki, bu haqda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.
Bu gün 07:12-də Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























