• $
  • €
  • ₽
  • ₺
  • £

İran, Azərbaycan və Türkiyə əlaqələri müzakirə edildi

İran, Azərbaycan və Türkiyə əlaqələri müzakirə edildi
15.11.2021 23:12
İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

"Qafqazinfo” "Mehr” agentliyinə istinadən xəbər verir ki, İ.Rəisi İran və Türkiyə arasındakı sıx əlaqələrin regionda sülh və sabitliyə töhfə verəcəyini deyib.

İran Prezidenti əlavə edib ki, iki dövlət əlaqələri inkişaf etdirmək üçün yol xəritəsini yekunlaşdırmalıdır:

"Bizim yaxın münasibətlərimiz regionda sülh və sabitliyin xeyrinədir. İki ölkə arasında regional əməkdaşlıq beynəlxalq əməkdaşlığa çevrilməlidir və bu cür qarşılıqlı əlaqə qlobal problemlərə effektiv təsir edər. Hər iki ölkənin mövqeyi mühümdür”.
O, Türkiyə xarici işlər naziri ilə Cənubi Qafqaz regionunda sabitliyin yaradılması və ticarət əlaqələrinin inkişafı üçün İranla müştərək əməkdaşlıqdan danışıb:

"İranın Azərbaycan və Türkiyə ilə dərin və uzunmüddətli dini və mədəni əlaqələri var. Biz əcnəbilərin bəzi hərəkətlərinin münasibətlərə xələl gətirməsinə imkan verməməliyik”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da öz növbəsində ölkəsinin İranla əlaqələrini genişləndirməyə çalışdığını vurğulayıb:
"Türkiyə İranın yeni hökumətini nəticəyönümlü hökumət hesab edir və Tehranla əməkdaşlıq səviyyəsini mümkün qədər artırmaq əzmindədir".

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazda sabitlik və ticarətin inkişafında İranın əməkdaşlığı və iştirakının əhəmiyyətinə toxunaraq deyib:

"Biz Cənubi Qafqazda sabitlik və ticarət əlaqələrini artırmaq üçün İranla ikitərəfli əməkdaşlıq qurmaq və gücləndirmək istəyirik”.
O, regionda baş verən proseslərə də toxunaraq, terrorizmlə mübarizədə, regionda sabitlik və sülhün bərqərar olunmasında İranla əməkdaşlıq etməyə çağırıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol