• $
  • €
  • ₽
  • ₺
  • £

MN Qarabağdakı döyüş növbətçiliyindən DANIŞDI

MN Qarabağdakı döyüş növbətçiliyindən DANIŞDI
25.12.2021 12:39
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən  verilən məlumata görə, sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Hərbi qulluqçular normaya uyğun ərzaq və isti geyimlə təmin edilib. Döyüş növbətçiliyi aparan bölmələrdə şəxsi heyətin nümunəvi xidmət etməsi üçün modul tipli komplekslərdə xidməti otaqlar mebellər, müasir tipli sanitar qovşaqları, qurutma otağı, tibb məntəqəsi, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, yataq ləvazimatları, mətbəx avadanlıqları və fasiləsiz elektrik enerjinin təminatı üçün generatorlarla təchiz olunub.

Hərbi qulluqçuların təzə və yüksək kalorili qida ilə fasiləsiz təmin olunması, eləcə də sosial-məişət şəraiti və qoşun xidmətinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlər planlı şəkildə davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol