• $
  • €
  • ₽
  • ₺
  • £

Estoniyalı deputatlar Xocalı soyqırımını qınayan bəyanat yayıblar

Estoniyalı deputatlar Xocalı soyqırımını qınayan bəyanat yayıblar
23.02.2022 21:30
Estoniya xalqının təmsilçilər məclisi olan Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıblar.


Bu barədə Anews.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.


Bəyanatda bildirilib ki, deputat qrupu Xocalı qətliamı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşür və dərin hüznlə başsağlığı verir: "Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın qətlə yetirilməsi ilə müşayiət olunan Xocalının işğalını qətiyyətlə pisləyirik. Bu kütləvi qətliamı törətmiş cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar”.


Bəyanat müəllifləri hesab edirlər ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var.


"Biz tərəflərə regionun bərpasında güc diləyir və müxtəlif icmalar arasında sıx əməkdaşlığa çağırırıq. Biz Azərbaycan Respublikasının sabit sülhün təmin edilməsinə, işğaldan azad edilmiş ərazilərin inteqrasiyasına və bərpasına yönəlmiş səylərini dəstəklədiyimizi bildiririk”, - estoniyalı deputatlar vurğulayıblar.


Qeyd edək ki, Sven Sesterin başçılıq etdiyi deputat qrupuna Xocalı soyqırımının 30-cu ildönümünə münasibət bildirməsi təşəbbüsü ilə Estoniya- Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev müraciət edib.


Bəyanat Riyqikoqunun rəsmi saytında yerləşdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol