• $
  • €
  • ₽
  • ₺
  • £

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi...”

“Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi...”
27.02.2022 09:08
Ukraynada ölüm-dirim müharibəsi davam edir. Mətin Ukrayna xalqının qarşısında Rusiya ayısının əlindən bir şey gəlmir, bunu Azərbaycan parlamentinin eks spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, artıq Ukraynaya ABŞ, BB, Almaniya, Fransa, Polşa, Baltik ölkələri silahlar verir:

"Onsuz da zəif olan rus ordusunun məğlubiyyətinə bir şey qalmayıb. Bu ölkədə keçmiş prezidentdən tutmuş təzə seçilmiş qadınlara qədər hər bir şəxs silaha sarılıb və həqiqətən vətənləri uğrunda ölməyə hazırdır.
Putin sifəti, hərəkətləri ilə (onun son hərəkətlərinə diqqət yetirsəniz) 1945-ci il yanvarındakı Hitlərə oxşayır. Belə getsə, yavaş-yavaş əl ayağı, başı əsməyə başlayacaq.

Stalini Sovetin qəhrəmanı hesab edən Putin o vaxt Stalinin əmri ilə çəkilmiş dokumental kinolara baxıb, Bolqarıstan, Polşa, Çexiya hətta Almaniyada camaatın Sovet ordusunu gül-çiçəklə qarşıladığını görüb, bunun həqiqətən belə olduğuna inanıb və elə birinci gündən ukraynalıların xilaskarımız gəldi deyib onu ağlaya-ağlaya gül-çiçəklə qarşılayacaqlarına inanırdı. Onun əvəzinə 10 yaşlı uşaqlar da "biz vətənimizi Putin Mutin deyilən şəxsə vermərik, axıracan vuruşacağıq” dedilər.

Onun axırı ya dəlixanada qurtaracaq, ya da Hitler kimi başına bir güllə vuracaq. 

Ətrafındakı Göbbelslər (Lavrov, Volodin, Medvedyeva, Medvedyev, Şoygu və başqaları) tribunalda cavab verəcəklər. Ukraynaya qarşı törədilmiş cinayətlərin cavabı verilməlidir. 

2014-cü ildən bu günə qədər Ukraynada 15 mindən çox adam həlak olub, Krımı yerli xalq tərk etməyə məcbur edilib bunun cavabı verilməlidir. Mən məmuniyyətlə o günün gəlməsini gözləyərdim”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol