• $
  • €
  • ₽
  • ₺
  • £

Belarus bu gün nüvə neytrallığını itirə bilər... - Regionda yeni təhlükə

Belarus bu gün nüvə neytrallığını itirə bilər... - Regionda yeni təhlükə
27.02.2022 13:14
Fevralın 27-də Belarusda bu ölkənin Konstitusiyasına  dəyişikliklərlə bağlı referendum keçirilir.

Dəyişikliklər prezidentin rolunu azaldacaq və səlahiyyətlərini məhdudlaşdıracaq. Bununla yanaşı keçmiş dövlət başçısına toxunulmazlıq veriləcək. 

Qərbi ən çox narahat edən məsələ isə Belarusun ana yasasının 18-ci bəndinə edilən dəyişiklikdir. Həmin dəyişikliyə görə, Belarus nüvə neytrallığını itirəcək və bundan sonra ölkə ərazisində istənilən dövlətin nüvə silahlarını yerləşdirilə biləcək. 
 
Belə ki,  Belarus Respublikası Konstitusiyasının 18-ci maddəsində indi deyilir:  "Belarusun məqsədi öz ərazisini nüvəsiz zona, dövləti isə neytral etməkdir".

Referendum bu normanın belə əvəzlənməsini təklif edilir: "Belarus öz ərazisindən başqa dövlətlərə qarşı hərbi təcavüz məqsədilə istifadəni istisna edir”.

Belarusun hazırda Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukrayna ilə sərhəddə yerləşməsi  bir çox dünya ölkələrini bu dəyişiklik üzərində düşünməyə vadar edir.  Bu barədə ABŞ-ın məşhur Foreign policy nəşri yazır. 

Nəşr qeyd edir ki, ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndələri dəfələrlə jurnalistlərə bildirib ki,  Belarus konstitusiyasına  dəyişikliklər Rusiyaya öz qoşunlarını, o cümlədən nüvə qüvvələrini Belarusda yerləşdirməyə imkan verə bilər.

Belarusda 5,5 mindən çox seçki məntəqəsi yaradılıb. Seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq. 

Referenduma bir sual çıxarılıb -  "Siz Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”. Buna seçicilər "lehinə"  və yaxud "əleyhinə" deyə cavab verməlidir.

Belarus prezidenti Aleksandr Lukaşenko Konstitusiyasına dəyişiklikləri  hələ 2020-ci ildə ölkədə seçkilərlə bağlı etirazlar başlamamışdan əvvəl  təklif etmişdi. 
 
N.Təbrizli



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol