• $
  • €
  • ₽
  • ₺
  • £

Kreml Zelenskini öldürmək üçün Vagner muzdlularını göndərib

Kreml Zelenskini öldürmək üçün Vagner muzdlularını göndərib
28.02.2022 10:57
Kiyevdə 400-dən çox "Vagner” muzdluları fəaliyyət göstərir və onların qarşısına Ukrayna prezidenti Vladimir Zelenskini, Nazirlər Kabinetinin üzvlərini qətlə yetirmək, bununla da şəhərin Rusiya qoşunları tərəfindən işğal edilməsinə zəmin hazırlamaq vəzifəsi qoyulub. Virtualaz.org xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Times” nəşri yazır.

Bildirilir ki, beş həftə bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin yaxın adamı, "Kremlin aşbazı” kimi tanınan oliqarx Priqojin tərəfindən idarə edilən "Vagner” özəl hərbi şirkəti Afrikadan öz muzdlularını "Zelenskini və hökumətini qətlə yetirmək” missiyası ilə Kiyevə göndərib. Bunun əvəzində muzdlulara sanballı məbləğdə qonorar vəd edilib.




Lakin həmin "vagnerçilər” barədə məlumatlar fevralın 26-da səhər saatlarında Ukrayna hökumətinin masası üzərinə qoyulub. Bundan sonra Kiyevi diversantlardan təmizləmək üçün 36 saatlıq komendant saatı tətbiq edilib. Kiyev meri Vitali Kliçko şəhər sakinlərinə xəbərdarlıq edib ki, küçəyə çıxmasınlar, əks halda onları da diversant zənn edib güllələyə bilərlər.





İki gün əvvəl Kiyevin müxtəlif səmtlərində ya mülki paltarda olan, ya da Ukrayna ordusunun və milisinin formasını geyinmiş Rusiya diversantları hücumlar həyata keçirməyə başlayıblar. Onların bir çoxu məhv edilib, bir çoxu isə Kiyev və ətraf rayonlarda gizlənməkdədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol