• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran nazirləri hansı məsələləri müzakirə etdi? - RƏSMİ

Azərbaycan və İran nazirləri hansı məsələləri müzakirə etdi? - RƏSMİ
29.04.2022 11:09
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian aprelin 28-də iki ölkə arasında ikitərəfli əməkdaşlıq, eləcə də regional hadisələri müzakirə edib. Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Müzakirə nazirlərin telefon danışıqları zamanı baş tutub. 
 
İran rəsmisi Ceyhun Bayramovu Fitr bayramının gəlişi münasibəti ilə təbrik edib. Nazir iki ölkə arasındakı rəsmi səfərlərin davamlı olmasının əlaqələri inkişaf etdirdiyini vurğulayıb.

Hüseyn Əmir-Abdullahian  İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb və əldə olunan razılıqların ən qısa zamanda həyata keçirilməsinə ümid etdiyini bildirib.

Əmir Abdullahyan, həmçinin hər iki ölkədə COVID pandemiyasının mövcud durumuna toxunaraq, İran və Azərbaycanın quru sərhədlərinin yenidən açılmasının zəruriliyini vurğulayıb. Bayramov da Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycan Respublikasının İran ilə quru sərhədlərinin tezliklə açılacağına ümid etdiyini bildirib. 

Ceyhun Bayramov da öz növbəsində iranlı həmkarını Fitr bayramı münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikası İran şirkətlərinin ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakını və fəallığını təqdir edir.
 
İranın baş diplomatı sionist rejimin Fələstində, xüsusilə də Məscidül-Əqsada törətdiyi cinayətlərdən danışıb və Azərbaycanın Qoşulmama Hərəkatında dövri sədrliyini nəzərə alaraq, bu ölkənin öz imkanlarından istifadə edə biləcəyinə ümid etdiyini söyləyib. Ceyhun Bayramov  da İslam ölkələrinin fələstinli bacı-qardaşların hüquqlarına birgə dəstəyini vurğulayaraq, ölkəsinin Fələstin məsələsi və Fələstin xalqının hüquqlarının müdafiəsi ilə bağlı daxil olan təklifləri qəbul etməyə və dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Danışıqlar zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol