• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qarşı sanksiyalar Azərbaycanla əlaqələrə hələ mənfi təsir göstərməyib - Əliyev

Rusiyaya qarşı sanksiyalar  Azərbaycanla  əlaqələrə hələ  mənfi təsir göstərməyib - Əliyev
29.04.2022 17:09
Rusiyaya qarşı sanksiyalar indiyədək Azərbaycan-Rusiya ticarət əlaqələrinə mənfi təsir göstərməyib. Bunu AzərbaycanPrezidenti İlham Əliyev cümə günü "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.

"İndiyə qədər biz anti-Rusiya sanksiyalarının heç bir mənfi təsirini görməmişik. Amma hadisələrin necə inkişaf edəcəyini, sanksiyalar davam edərsə, qarşıdakı altı ay və ya bir ildə nə baş verəcəyini bilmirik”, - deyə Əliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə ticarət əlaqələri kifayət qədər çox şaxəlidir. 

"Ancaq Rusiya Federasiyasına qarşı sanksiyalar kontekstində  - ticarətdə, pul köçürmələrində nə baş verəcəyini başa düşmək lazımdır. Biz belə şəraitdə düşünməliyik ki, nə edə bilərik, nə qərar qəbul edə bilərik”, - prezident deyib. 

Əliyev vurğulayıb ki, aprelin 26-da Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib və burada gələcək addımlar müzakirə olunub.

"Fermerlərimiz üçün Rusiya ən böyük bazardır. Rusiya istehsalçıları üçün bizim bazar da böyük əhəmiyyət kəsb edir. Xarici ticarətdə mənfi saldomuz var, Rusiyada satdığımızdan çox alırıq. Amma bizim Rusiyaya ixracımız artır”, - deyə prezident əlavə edib.


N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol