• $
  • €
  • ₽
  • ₺
  • £

İranın neft nazirinin Azərbaycana səfərindən GÖZLƏNTİLƏR

İranın neft nazirinin Azərbaycana səfərindən GÖZLƏNTİLƏR
25.05.2022 08:46
İranın neft naziri Cavad Ovcinin iyunun 2-3-də Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir. 

Mütəxəssislər, bu səfərlə bağlı iki ölkə arasında hər hansı müqavilənin bağlanmasının gözlənilmədiyini bildirir.

İqtisadçı-ekspert İhlam Şabanın sözlərinə görə, ölkələr arasında yeni müqavilələrin imzalanması üçün, əvvəlcə İrana tədbiq edilən sanksiyalar götürülməlidir.

"Mən bu səfərlə bağlı hansısa müqavilənin imzalanacağını gözləmirəm. Çünki real olaraq, bu mümkün deyil. Azərbaycanın İranla yalnız qonşuluq və humanitar əlaqələri var. Yəni, Azərbaycan tərəfi bunu dəfələrlə qeyd edib", – o bildirib.

Şabanın fikrincə, Azərbaycanın İran ilə qonşuluq və humanitar müstəvidə saxladığı münasibətləri, onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə xələl gətirə bilməz.

İqtisadçı  Pərviz Heydərovun sözlərinə görə, səfər zamanı iki ölkə arasında yanacaq-energetika sahəsi ilə bağlı müəyyən razılaşmalar əldə oluna bilər.

"Azərbaycanın İran ilə olan iqtisadi əməkdaşlıq münasibətləri əsasən Naxçıvan vasitəsilə həyata keçirilir. Bu əməkdaşlıqlar tək İran üçün yox, həm də Azərbaycan tərəfi üçün də maraqlıdır.  Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı layihədə, İran Erməsintanla Azərbaycan arasında vasitəçi ola bilər”, – o qeyd edib.

İranın neft naziri Cavad Ovci, sonuncu dəfə Azərbaycan rəsmilərindən baş nazirin müavini Şahin Mustafayevlə 2021-ci il noyabrın 21-də görüşüb. 
 
Cavad Ovci 1980-ci ildən etibarən, neft sahəsi ilə bağlı bir çox dövlət idarələrində çalışıb. O, 2009-2013-cü illərdə Mahmud Əhmədinejadın prezidentliyi dövründə neft nazirinin müavini və "İran Milli Qaz Şirkəti"nin rəhbəri olub.
 
Ovci neftlə bağlı müxtəlif vəzifələrdə, o cümlədən hasilat və qaz emalı zavodlarına nəzarət şurasının sədri və "Petro Mofid Oil and Gas Development Holding"in sədr müavini vəzifələrində çalışıb.
 
Ovci 25 avqust 2021-ci ildə prezident İbrahim Rəisi tərəfindən neft naziri vəzifəsinə təyin edilib.
 
Cavanşir Qasımov

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol