• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Dəmir Yolları”na rəhbərlik qurumun sədr müavininə həvalə edilib

“Azərbaycan Dəmir Yolları”na rəhbərlik qurumun sədr müavininə həvalə edilib
26.05.2022 16:32
"Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) rəhbərlik müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehova həvalə edilib.

Bununla bağlı qərar ötən gün səhmdar cəmiyyətində keçirilmiş iclasda qəbul olunub.


İclas ADY-nin Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.


Hicran Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib, texniki elmlər namizədidir.


O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyində, "Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsində, Yol Fondu İdarəsində, "Elm-İstehsalat Mərkəzi”ndə və Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb, 2007-2015-ci illərdə "Azəryolservis” ASC-nin sədr müavini, 2015-2016-cı illərdə ADY sədrinin müşaviri işləyib, 2016-cı ildən sədr müavini təyin edilib.

Mayın 24-də Prezident İlham Əliyevin sərəcamı ilə ADY-nin sədri Cavid Qurbanov vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.(report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol