• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən Ərdoğana məktub

İlham Əliyevdən Ərdoğana məktub
15.07.2022 12:01
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Bu il Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü qeyd olunur. Biz dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş, dünyaya bir daha qüdrətini və əzəmətini sübut etmişdi. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş "Demokratiya və Milli Birlik Günü” qəhrəman xalqınızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadiqliyinin təcəssümüdür.

Qardaş xalqınızın əsl lideri kimi Sizin şəxsinizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanətin qarşısını almaqda, ölkənizin bu çətin sınaqdan başıuca çıxmasında həlledici rol oynadı. Milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunmuşdur.

Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. "Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.
Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram", - məktubda yazılıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol