• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Britaniya səfirliyində olub - YENİLƏNDİ

İlham Əliyev Britaniya səfirliyində olub - YENİLƏNDİ
13.09.2022 19:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.

Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

*****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyində olub, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev: Çox kədərli hadisədir. Amma həyatın qanunlarını heç kim dəyişdirə bilməz. Bir daha Britaniya xalqına başsağlığı vermək istəyirəm.

Səfir: Çox sağ olun.

Prezident İlham Əliyev: Kraliça ilə şəxsən tanış idim. Onunla iki dəfə görüşmüşdüm. Birinci dəfə hələ mən Prezident vəzifəsinə seçilmədən – 1997-ci ildə Bukingem Sarayına dəvət almışdım, Kraliçanın doğum günü münasibətilə. O vaxt SOCAR-ın vitse-prezidenti kimi mənə belə bir dəvət göndərilmişdi. İlk dəfə burada, - təbii ki, orada bir çox adamlar var idi, - sadəcə olaraq tanışlığımız oldu. Ondan sonra da ölkənizə səfərim çərçivəsində Ülyahəzrət Kraliça ilə görüşmək imkanım olmuşdur. Çox xoş təəssüratlar bağışlayan bir insan idi. Bildiyiniz kimi, bu yaxınlarda bizim nümayəndə heyətimiz mənim adımdan ona Qarabağ atını hədiyyə etmişdi. O da baxmayaraq ki, artıq səhhətində müəyyən problemlər var idi, özü şəxsən o hədiyyəni qəbul etdi. Bu haqda da məlumat var. O, çox gözəl bir insan, böyük xadim və əlbəttə ki, ilk növbədə, Britaniyanın rəmzi olan tarixi şəxsiyyətdir. Azərbaycan xalqı adından bir daha başsağlığı verirəm. Krala təbrik məktubu da göndərmişəm. Məktubda da göstərdim ki, əminəm, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Çünki bir çox sahələrdə biz doğrudan da çox yaxın əlaqələrə çatmışıq və ümid edirəm ki, yaxın gələcəkdə bu əlaqələr daha da genişlənəcək.

Səfir: Çox sağ olun. Kraliçanın vəfatı ilə əlaqədar səfirliyə gəldiyiniz üçün çox sağ olun. Həmçinin Kral Çarlza və Baş nazirə göndərdiyiniz başsağlığı məktublarına görə Sizə dərindən təşəkkür edirəm. Göstərdiyiniz diqqət ölkələrimiz arasında münasibətlərin inkişafında çox əhəmiyyətlidir.

Sonda xatirə şəkli çəkdirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol