• $
  • €
  • ₽
  • ₺
  • £

Tovuz döyüşləri ilə bağlı 4 cinayət işinin istintaqı aparılıb

Tovuz döyüşləri ilə bağlı 4 cinayət işinin istintaqı aparılıb
06.10.2022 12:22
Azərbaycan və Ermənistan arasında yaşayan gərginlik zamanı  2020-ci ildə baş tutan Tovuz döyüşləri ilə bağlı 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 2020-ci ilin iyulun 14-16-sı tarixlərində Tovuz və Qazax rayonları ərazisinin müxtəlif odlu silahdan və minaatanlardan atəşə tutulması ilə 1 nəfər ölüb.

"Qazaxda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz  sakinlərindən 65 nəfərə evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib. 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürülüb, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib", - o deyib.
 
2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdir.

Azərbaycan mənbələrinə əsasən, Azərbaycanın bu döyüşdə 12 hərbçi və 1 mülki şəxs həlak olub, 4 hərbçi yaralanıb. Ermənistan mənbələrinə əsasənAzərbaycanda 21 hərbçi həlak olub, 13 PUA endirilib, 3 tank vurulub. Azərbaycan mənbələrinə əsasən Ermənistanın
120 hərbçi həlak olub,1 tank vurulub, 1 zirehli transportyor vurulub, 4 PUA endilirib,1 radioelektron mübarizə (REM) vasitəsi vurulub. Ermənistan tərəf isə öz itkilərinin  6 hərbçi ölümü, 36 hərbçi yaralanması, 2 polis və 1 mülki şəxs yaralanması, 1 yanğınsöndürmə maşının yanmasından ibarət olduğunu deyib.
 
Ləman

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol