• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub

Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub
26.11.2022 12:05
Ermənistanın Azərbaycan ərazilərini minalaması məsələsi Cenevrədə müzakirə olunub.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.

ANAMA, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”nın iyirminci görüşündə iştirak edib.

Görüşdə nümayəndə heyəti çıxış edərək Azərbaycanın mövqeyini təqdim edib, ölkəmizin üzləşdiyi mina problemi, hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bərpa və yenidənqurma işləri barədə məlumat verib, aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Hər bir minanın regionda sülhə və əminamanlığa maneə yaratdığı və onları aradan qaldırmaqla regionda sabitliyi və təhlükəsizliyi təmin etməyin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində ölkəmizin üzləşdiyi mina probleminə həsr olunan "Humanitar Minatəmizləmə işlərinin çətinlikləri və birgə həll yollarına aparan tərəfdaşlıq” mövzusunda yan tədbiri keçirilib. Otuzdan çox nümayəndənin iştirak etdiyi tədbirin başlıca məqsədi Azərbaycanda mövcud mina probleminin mahiyyətini daha təfərrüatlı şəkildə geniş ictimaiyyətə çatdırmaq və mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsindən ibarətdir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası, humanitar minatəmizləmə əməliyyatları zamanı qarşılaşdığımız çətinlikləri, tətbiq olunan metodologiyaları, cəlb olunan qurumlar tərəfindən minatəmizləmə fəaliyyətini əks etdirən presentasiya və video çarx təqdim edilib. İnnovativ həllərin inkişafı üçün milli imkanların gücləndirilməsində tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi və dəstəyin əhəmiyyəti vurğulanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol